...

İkinci yarımillikdə 78 mindən yuxarı azərbaycanlı ailəsi ünvanlı sosial yardım alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ İkinci yarımillikdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi (ƏƏSMN) 78 mindən yuxarı ailəyə ünvanlı sosial yardım (ÜSY) ayırıb. Bu barədə nazirliyin məlumatında bildirilir.

O cümlədən, 26 mindən çox ailə müavinəti birinci, 51 mindən yuxarı ailə isə ikinci dəfə əldə edib.

ƏƏSMN ikinci yarımillikdə 12,6 mindən çox ailəyə ÜSY verməkdən imtina edib, 2,7 min ailə isə ÜSY-dan məhrum edilib.

Azərbaycanda bir ailə üçün ÜSY-nın məbləği orta hesabla 80,03 manat, bir nəfər üçün isə 17,03 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti