Azərbaycan, Bakı, 18 yanvar/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, yanvarın18 -də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. Bu barədə birjanın cümə günü yayılan məlumatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 5 283 750 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən sabit qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 240 095 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8454 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 10 083 000 ABŞ dolları və ya 8 523 845 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 260 375 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi, manat vəsaitləri üzrə illik 15,50%, ABŞ dolları üzrə isə, illik 15,93% təşkil edib.
Gün ərzində banklar arasında həcmi 500 000 AZN müddəti 30 gün təşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 15,00% təşkil edib.