...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend / Yanvarın 23-də saat 11.00-dan 12.30-dək Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Notların dövlət qeydiyyat nişanı 50100319S, emissiyaların həcmi 50 mln. AZN, hərraca təqdim edilmiş həcmi 32 mln. AZN, bir notun nominal dəyəri 200 AZN, dövriyyə müddəti 28 gündür.

Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərtilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 20 fevral.

Xəbər lenti

Xəbər lenti