...

Azərbaycanda pensiyalar verilən zaman inflyasiyanın səviyyəsi nəzərə alınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2008 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / " , müxbir U.İsmayılova/ Rəsmi mətbuatın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında fərman imzalayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna 2007-ci il üzrə istehlak qiymətləri nəzərə alınmaqla 2008-ci il yanvarın 1-i tarixinə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinin aparılması tapşırılıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin yekunu üzrə ölkədə inflyasiyanın səviyyəsi 16,7 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti