...

"Unileasing" islam prinsipləri üzrə maliyyələşdirməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral/ " , müxbir Ü.İsmayılova/ "Unileasing lizinq" şirkəti islam prinsiplərinə müvafiq birinci layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.

"Unileasing" QSC şirkətdə yayılmış ənənəvi maliyyələşdirmə sisteminə əlavə olaraq islam maliyyə institutlarında qəbul edilmiş prinsiplər üzrə həyata keçirilən birinci layihəyə start verib.

Layihənin əsas xüsusiyyəti ondadır ki, "Unileasing" lizinq şirkəti və müştəri arasında həyata keçirilən lizinq əməliyyatı zamanı faiz münasibətləri yoxdur.

Maliyyələşdirmənin obyekti dəyəri 434 min manat olan kommersiya təyinatlı daşınmaz əmlakdır.

İslam prinsipləri üzrə birinci müqavilənin həyata keçirilməsi üçün Malayziyanın-islam bankinqi sahəsində lider ölkənin aparıcı banklarının mütəxəssisləri ilə məsləhətləşmələr aparılıb.

Xəbər lenti

Xəbər lenti