...

ABŞ - da resessiya Avropanın iqtisadi artımını ləngidəcək – Britaniyanın "Morgan Stanley" bankının icraçı direktoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 11:00 (UTC +04:00)
ABŞ - da resessiya Avropanın iqtisadi artımını ləngidəcək – Britaniyanın "Morgan Stanley" bankının icraçı direktoru

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir A.Bədəlova / ABŞ-da resessiya Avropa iqtisadiyyatının artım tempinin ləngiməsinə səbəb olacaqdır, - çümə axşamı Britaniyanın "Morgan Stanley" bankının icraçı direktoru və baş valyuta iqtisadçısı Stefan Cen (Stephen Jen) Trend a deyib.

"ABŞ iqtisadiyyatının resessiyası Avropaya əsas təsiri ticarətin köməyilə deyil, beynəlxalq maliyyə bazarları vasitəsilə edəcək", - Cen deyib. Onun sözlərinə görə, Maliyyə, Fond və Kredit bazarlarının dəyişikliyi "böyük sürətlə ABŞ-dan Avropaya keçir".

Son zamanlar Avropa zonası ölkələrində inflyasiya rekord həddə çatıb. Dekabrda o, 3,1 faizi keçib. Avropada inflyasiya artımına neftin yüksək qiymətləri və qida məhsullarının kəskin artması səbəb olub.

Britaniya bankının iqtisadçısının sözlərinə görə, ABŞ-da ressesiya Avropa ölkələrində inflyasiyanı dayandırmağa kömək edəcək. "Amerika iqtisadiyyatının artım tempinin gözlənilən ləngiməsi inflyasiyanın saxlamasına kömək etsə də, inflyasiya təzyiqləri bir neçə ay uzana bilər", - iqtisadçı deyib.

Genin dediyi kimi, Avrozona üçün "bu, çətin dövr olacaq" və Avropa Mərkəzi Bankının (AMB) diqqəti yüksək inflyasiyaya və aşağı düşən iqtisadiyyata yönələcək.

Həftənin əvvəlində Avrozona maliyyə nazirləri bəyan ediblər ki, inflyasiyanın rekord tempi müvəqqəti hal olsa da, ciddi təhlükə hiss etdirir, , - "Reuters" bildirir. Onlar belə nəticəyə gəliblər ki, resessiya Avropa iqtisadiyyatına təhlükə doğurmur, bu səbəbdən də, ABŞ-ın etdiyi kimi, vergiləri və dərəcələri aşağı salaraq, onun stimullaşdırılmasının mənası yoxdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - Badalova

Xəbər lenti

Xəbər lenti