...

"Azərbaycan Sənaye Bankı" səhmlərinin emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan Sənaye Bankı" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 2,8 mln manat təşkil edir, - bazar ertəsi Bakı Fond Birjasının yaydığı məlumatda deyilir. Bir səhmin nominal dəyəri 0,20 manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə. Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "AzərİnterTreyd" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti