...

Prezident ticari-iqtisadi məsələlər üzrə Azərbaycan-Bolqarıstan komissiyasının heyətini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir U.İsmayılova/ Azərbaycan prezidenti İlham Ədiyevin sərəncamı ilə Azərbaycan və Bolqarıstan arasında ticari-iqtisadi və elmi-texniki məsələlər üzrə birgə komissiyanın tərkibi təsdiq olunub. Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Komissiyanın həmsədri baş nazirin müavini Abid Şərifov təyin olunub. Komissiyanın üzvləri sırasına maliyyə, iqtisadi inkişaf, sənaye və energetika, nəqliyyat, mədəniyyət, turizm, təhsil və səhiyyə nazirlərinin müavinləri Gömrük Komitəsi sədrinin birinci müavini, Mili Bankın idarə heyətinin sədr müavini, Azərbaycanın Bolqarıstandakı səfiri və Azərbaycanın Nazirlər Kabineti Apparatının xarici iqtisadi münasibətlər şöbəsinin rəhbəri daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti