...

Azərbaycanda Novruz bayramında doqquz istirahət günü elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend /Azərbaycan Nazirlər Kabineti Novruz bayramında doqquz günü - istirahət günü elan edib.

Mart ayının 20-dən 28-nə qədər rəsmi bayram günləri elan olunub.

İstirahət və iş günlərinin ardıcıllığını qorumaq məqsədilə, martın 29 və 30-u (şənbə və bazar) istirahət günü olmasına baxmayaraq iş günü elan olunub, əvəzində iş günləri olan martın 27 və 28-i istirahət günləri olacaq.

Azərbaycanda Novruz-bahar bayramı mart ayının 20-21-də keçirilir.

Xəbər lenti

Xəbər lenti