...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 20:29 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0008 bənd möhkəmlənib (0,08 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,843 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi martın 3-də (1 ABŞ dolları üçün 0,8433 manat), minimum isə martın 7-də (1 ABŞ dollarına 0,8425 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
25fevral 0,8439 3 mart 0,8433
26fevral 0,8437 4 mart 0,8432
27fevral 0,8435 5 mart 0,8431
28fevral 0,8434 6 mart 0,8429
29fevral 0,8433 7 mart 0,8425
Həftə ərzində orta 0,84356 Həftə ərzində orta 0,843

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84278 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi martın 5-də 1 ABŞ dollarına görə 0,8429 manat , minimum isə martın 6-7-də (1 ABŞ dollarına 0,8427manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 3-də- 0,8428 AZN/USD məzənnəsi ilə $1 mln. martın 4-də - 0,8428 AZN/USD məzənnəsi ilə $7,536 mln., martın 5-də - 0,8429 AZN/USD məzənnəsi ilə $0,625 mln., martın 6-da - 0,8427 AZN/USD məzənnəsi ilə $0,545 mln. Martın 7-də sövdələşmə həyata keçirilməyib, lakin məzənnə 0,8427 AZN/USD səviyyəsində formalaşıb.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
25fevral 0,8439 3 mart 0,8433
26fevral 0,8437 4 mart 0,8432
27fevral 0,8435 5 mart 0,8431
28fevral 0,8434 6 mart 0,8429
29fevral 0,8433 7 mart 0,8425
Həftə ərzində orta 0,84356 Həftə ərzində orta 0,843
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
25fevral 0,8437 3 mart 0,8428
26fevral 0,8434 4 mart 0,8428
27fevral 0,8432 5 mart 0,8429
28fevral 0,8431 6 mart 0,8427
29fevral 0,8430 7 mart 0,8427
Həftə ərzində orta 0,84328 Həftə ərzində orta 0,84278

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə banklar tərəfindən BEST-ə sifarişlər təqdim olunmayıb. Martın 6-da EUR/AZN T+0 aləti üzrə 515 080 məbləğində həcm qeydə alınıb. 1 avronun manata nisbətən məzənnəsi 1,2877 manat təşkil edib.

Bu dövrdə özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə -17 manat səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin müddəti 2010-cu ildə bitir.

Xəbər lenti

Xəbər lenti