Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova / Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fevral ayı ərzində 3128 daşınmaz əmlak üzrə hüquqların qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətinin cümə axşamı yayılmış məlumatında deyilir.
Məlumatda bildirilir ki, qeydiyyata alınmış hüquqların 933-ü ilkin, 2195-i isə təkrar bazara aiddir.
İlkin bazar üzrə qeydiyyata alınmış əmlakın 933 obyektindən 200-ü torpaq sahəsi, 55-i qeyri-yaşayış binası, 535-i mənzil, 64-ü fərdi yaşayış evi, 36-sı bağ evi və 6-sı əmlak kompleksi müəssisələrinin payına düşür.
Təkrar bazarda üzərində hüquqlar qeydiyyata alınmış 2195 daşınmaz əmlak obyektinin 146-sı torpaq sahəsi, 198-i qeyri-yaşayış binası, 1545-i mənzil, 216-sı fərdi yaşayış evi, 30-u bağ evi,13-ü isə əmlak kompleksi müəssisələridir.
Dövlət Xidməti fevral ayı ərzində 633 ipoteka müqaviləsinin dövlət qeydiyyatını aparıb.
Müəlliflə əlaqə ünvanı:[email protected]