...

Kapital Bank Azərbaycan bankının aktivləri birinci rübdə 260 mln. manat təşkil edib – idarə heyətinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2008 18:38 (UTC +04:00)
Kapital Bank Azərbaycan bankının aktivləri birinci rübdə 260 mln. manat təşkil edib – idarə heyətinin sədri

Azərbaycan, Bakı, 18 aprel/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan yarımdövlət bankı Kapital Bank-ın aktivləri yanvar-martın yekunlarına görə, 260 mln. manat təşkil edib. Bu barədə cümə günü bankın idarə heyətinin sədri Rauf Rzayev məlumat verib.

"Birinci rüb ərzində bankın gəlirləri 2007-ci ilin birinci rübündə 7,4 mln. manata qarşı 11,4 mln. manat təşkil edib", - o bildirib.

Rzyaevin sözlərinə görə, üç ayın yekunları üzrə bankın xalis mənfəəti 2,8 mln. manat təşkil edib.

Yerli standartlar üzrə bankın ümumi kapitalı 40 mln, beynəlxalq standartlara görə isə, 30 mln. manat təşkil edir. Rzayevin sözlərinə görə, 30 mln. manatlıq fərq yerli standartlara görə, bəzi vəsaitlərin nəzərə alınmadığı, beynəlxalq standartlara görə isə, nəzərə alındığı üçün yaranıb.

Kapital Bank-ın 2008-2010-cu illər üçün strateji planları barədə danışan Rzayev bildirib ki, təlabatdan asılı olaraq, bank ilin sonuna əlavə 80 bankomat və POS-terminal almaq niyyətindədir.

Hazırda bankın bütün ölkə ərazisi üzrə 235 bankomatı və 470 POS-terminalı var.

Rzayev həmçinin bildirib ki, Kapital Bank mayda Qara dəniz Ticarət və İnkişaf Bankı ilə $12 mln. həcmində kreditin ayrılması barədə müqavilə bağlayacaq. "Bankdan alınan vəsaitlər Kapital Bank-ın özünün ipoteka proqramının inkişafına yatırılacaq", - Rzayev bildirib.

2007-ci ildə Kapital Bank 50 faiz özəlləşdirilib, bunun nəticəsində bankın Nizamnamə kapitalı 24 mln. manat ödənilib. Ata Holding və Xalq Bank hər biri Kapital Bank-da 20 faiz iştirak payı, Azersun Holding isə 10 faiz iştirak payı alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti