...

Azərbaycan ikinci yol layihəsi üzrə də "BNP Paribas" tərəfindən ayrılacaq maliyyənin kommersiya hissəsindən imtina edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2008 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir İ.Xəlilova/ Fransanın "BNP Paribas" bankı ilə Muğanlıdan Yevlaxa (Bakı-Şamaxı-Yevlax magistralının bir hissəsi) qədər avtomobil yolunun yenidənqurma layihəsi üçün 320 mln. dolların ayrılmasına dair müqavilə, səlahiyyətlərin əldə edilməsindən sonra imzalanacaq. Bununla əlaqədar sənədlər artıq Prezident Aparatına təqdim olunub. Bu barədə çərşənbə günü Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Kredit müqaviləsinin imzalanmasına dair səlahiyyət nəqliyyat naziri Ziya Məmmədova, dövlət zəmanətinin təqdim edilməsinə dair səlahiyyət isə malyyə naziri Samir Şərifova tapşırılacaq.

Sahənin uzunluğu 156 km. təşkil edir.

Əldə olunan razılaşmaya görə, layihənin reallaşdırılması üçün "BNP Paribas" İsrailin "ASHRA" sığorta korporasiyasının zəmanəti altında dödr illik güzəştli dövr ilə 14 il müddətinə və illik libor+0,45 faiz dərəcəsi ilə 320 mln. dollar kredit ayıracaq. Əvvəllər bank 80 mln. dolları kommersiya şərtləri olmaqla 400 mln. dollar kredit ayırmağa hazır idi. Danışıqlar zamanı Azərbaycan Fransa bankının kreditinin kommersiya hissəsindən imtina edib. Belə ki, çatışmayan hissə ölkə hökuməti tərfindən maliyyələşdiriləcək.

Ölkə hökuməti həmçinin Fransa bankı ilə ikinci yol layihəsinin maliyyələşdirilməsi üzrə danışıqları da başa çatdırır. Bu layihə 164 km uzunluğunda olan Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun iki zolaqdan dörd zolağa qədər genişləndirilməsindən ibarətdir. Bank kredit sazişinin son variantını Maliyyə Nazirliyinə təqdim etməyə hazırlaşır. Bu layihənin reallaşdırılması üçün "BNP Paribas" Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) və Yaponiyanın "Nexy" sığorta agentliyinin zəmanəti altında 400 mln. dollar təklif edir. İlkin razılaşmaya görə, bu vəsait "Nexy" agentliyinin sığortası altında, libor+0,75 faiz dərəcisi üzrə dörd-beş il güzəşt dövrü ilə 20 il müddətinə təklif olunub. Lakin Nəqliyyat Nazirliyindən bildiriblər ki, kredit iki hissəyə bölünüb və Maliyyə Nazirliyi birinci layihədə olduğu kimi, maliyyələşdirilmənin kommersiya hissəsindən imtan etmək niyyətindədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti