...

Azərbaycanın sığorta bazarının artım səviyyəsi xarici şirkətləri cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 16:08 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının artım səviyyəsi xarici şirkətləri cəlb edir

Azərbaycan, Bakı, 25 aprel / " , müxbir U.İsmayılova/ Rusiyanın iri sığorta şirkəti olan ROSNO-nun Azərbaycanın sığorta bazarına daxil olması, şirkətin mühüm strateji addımı hesab olunur. Bu barədə cümə günü Bakıda şirkətin nümayəndəliyinin təqdimatında Avroasiya ölkələrində "Allianz"ın prezidenti, ROSNO-nun Baş direktoru Hannes Çopra bildirib. ROSNO-nun təsisçisi 2007-ci ilin fevral ayında şirkət səhmlərinin 97 faizini əldə edən "Allianz SE" şirkətidir.

"Şirkət hələ bir neçə il bundan öncə Azərbaycanın sığorta bazarına daxil olmaq niyyətində idi, lakin bazarda təhlil aparıldıqdan sonra təsisçilər nümayəndəliyin məhz bu il açılması barədə razılığa gəldilər", - deyə Çopra bildirib.

Çopra bildirib ki, şirkət 60 faiz artım qeydə alınan 2007-ci ilin yekunları üzrə Azərbaycanın sığorta şirkətlərinin fəaliyyətinin nəticələri açıqlandıqdan sonra Bakıda nümayəndəliyini açmaq barədə qərar qəbul edib.

"Biz ümid edirik ki, Azərbaycanın sığorta bazarı növbəti illərdə də bu cür əla nəticələr göstərəcək", - deyə Çopra vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan da hazırda ÜDM-in artım səviyyəsinə (25 faiz) görə liderdir. Bu, ölkədə biznesin uğurlu inkişafını proqnozlaşdırmağa imkan verir.

ROSNO-nun Azərbaycandakı rəsmi nümayəndəliyi aprelin 15-də Azərbaycanın Vergilər Nazirliyində qeydiyyatdan keçib və ilkin mərhələdə təkrar sığorta şirkəti kimi fəaliyyət göstərəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti