...

Azərbaycanın AKKORD şirkəti iki il ərzində altı yaşayış binasının tikintisini planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın iri tikinti şirkəti AKKORD yaxın iki il ərzində altı yaşayış binasını istismara vermək niyyətindədir. Bu barədə bazar ertəsi şirkətin vitse-prezidenti Rauf Mehdiyev məlumat verib.

AKKORD şirkəti bir sıra beynəlxalq sertifikatlara malikdir, öz müştərilərinə ciddi hüquqi bazaya malik mənzil sertifikatları verir.

Mehdiyev bildirib ki, şirkət əhaliyə göstərilən xidmətin inkişafı məqsədilə mənzil alqısı üçün uzunmüddətli kreditin müddətini 25 ilədək artırıb.

"AKKORD daha çox obyektlərin reallaşdırılması üçün güclü maliyyə, texniki və kadr potensialına malikdir", - Mehdiyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti