...

"Bakı Soveti" metro stansiyasının adı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend / Azərbaycan Nazirlər Kabinetinin sərəncamına əsasən, paytaxtın mərkəzində yerləşən "Bakı Soveti" metro stansiyasının adı dəyişdirilərək "İçəri Şəhər" adlandırılıb. Sərəncam aprelin 25-dən qüvvədədir.

Sərəncamdan irəli gələn məsələlərin həlli Bakı İcra Hakimiyyəti və Bakı metropoliteninə tapşırılıb.

"Bakı Soveti" metro satansiyası 1967-ci ilin noyabrından fəaliyyət göstərir, stansiya gündə 30 min sərnişin qəbul edir. Şəhər sakinləri "Bakı Soveti" stansiyasının bərpa edilmiş yeni görünüşü ilə payızda tanış ola biləcəklər.

Xəbər lenti

Xəbər lenti