...

Azərbaycan iki ölkə ilə ÜTT-ə daxil olmağa dair danışıqların başa çatması haqqında protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2008 16:12 (UTC +04:00)
Azərbaycan iki ölkə ilə ÜTT-ə daxil olmağa dair danışıqların başa çatması haqqında protokol imzalayıb

Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir İ.Xəlilova/ Bu gün Azərbaycan, AR-ın Ümumdünya Ticarət Təşkilatına daxil olması çərçivəsində Oman və Birləşmiş Ərəb Əmirliyi ilə ikitərəfli danışıqların başa çatması haqqında protokollar imzalayıb. Bu barədə çərşənbə axşamı iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib. Protokolların imzalanma mərasimi Cenevrədə baş tutub. İqtisadi inkişaf naziri Heydər Babayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti mayın 6-da Cenevrədə ÜTT-in işçi qrupu ilə V raund çərçivəsində çoxtərəfli və ikitərəfli danışıqlar keçirir.

Gürcüstan, Moldova, Qırğızıstanla danışıqlar başa çatsa da , indiyədək, danışıqlar protokolu yalnız Türkiyə ilə imzalanıb. Nazir müavininin sözlərinə görə, Moldova və Qırğızıstan hökumətləri artıq analoji sənədlərin imzalanmasına dair səlahiyyət veriblər. Lakin, bu prosedur onların Azərbaycan tərəfindən alınmasından sonra baş tuta bilər.

"Protokolların imzalanması ikitərəfli və ya çoxtərəfli görüşlərdə ola bilər. Başlıcası odur ki, danışıqlar başa çatıb", - Cabbarov qeyd edib.

O, Gürcüstanla əlavə məsləhətləşmələrin keçirilməsi ehtimalını istisna etməyib. Məsləhətləşmələrin istiqamətləri bu məsələ ilə bağlı Gürcüstan tərəfinin mövqeyinin alınmasından sonra müəyyən ediləcək.

Ölkə ABŞ, Avropa İttifaqı, Cənubi Koreya, Yaponiya, Çinin Tayvan əyaləti, Norveç, Hindistanla danışıqlar mərhələsindədir. Bu gün Cenevrədə bu ölkələrdən bəziləri ilə danışıqlar keçiriləcək.

Azərbaycanın iqtisadi inkişaf naziri səfər çərçivəsində ÜTT-nin Baş katibi Paskal Lami və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.

Azərbaycan Ümumdünya Ticarət Təşkilatında1997-ci ildən müşahidəçi statusunda təmsil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti