Azərbaycan, Bakı, 08 may / " müxbir U.İsmayılova/ MBASK sığorta şirkəti cari ilin aprel ayının yekunları üzrə, ilk dəfə rekord məbləğdə sığorta haqqı toplayıb. Ötən ilin yanvar-aprel ayları ərzində şirkətin sığorta haqları 2,257 mln. manat təşkil etmişdisə, indi yalnız aprel ayı ərzində şirkət 2,211 mln. manat sığorta haqqı toplayıb ki, bu da ötən ilki göstəriciləri 182 faiz üstələyir. Bu barədə cümə axşamı şirkətdən məlumat verilib.
Aprel ərzində şirkət 398 484 manat məbləğində 141 sığorta müqaviləsi üzrə ödəmə həyata keçirib. Sığorta ödəmələrinin ümumi həcmindən 235 549 manat məbləğində 116 müqavilə fərdi sığorta növünün payına düşüb. Korporotiv növlər üzrə məbləğ 61 928 manat təşkil edib.
Ötən ay ərzində şirkətin ən iri sığorta ödəməsi avtomobil sığortası üzrə müqavilə çərçivəsində həyata keçirilib və 18 488 manat təşkil edib.
1992-ci ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən MBASK sığorta şirkəti sığortanın 29 növü üzrə xidmət göstərir. Bunların dördü icbaridir. Şirkətin Nizamnamə kapitalı 2 mln. manat təşkil edir. 2005-ci ilin yanvar ayından MBASK səhmlərinin 30 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]