Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir Ü.İsmayılova/ 2007-ci ildə Azərbaycanın sığorta şirkətlərinin gəliri 181,1 mln. manatdan çox olub. Bu barədə bazar ertəsi Azərbaycanın Maliyyə Nazirliyindən məlumat veriblər.
2007-ci ildə şirkətlərin xərcləri 164,3 mln. manat təşkil edib. Sığorta ödəmələri 36,77 mln. manat, sığorta ehtiyatlarına ödəmələr - 36,1 mln. manat, təkrar sığorta üzrə ödəmələr 59 mln. manat, inzibati işlər üçün - 28,1 mln. manat, sığorta fəaliyyəti üçün xərclər - 3 mln. manat, digər xərclər isə 733 min manat təşkil edib.
Birinci rübdə şirkətlərin balans mənfəəti 16,7 mln. manat, balans itikiləri - 0, büdcəyə ödəmələr - 3,6 mln. manat təşkil edib.
Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti var. 2007-ci ilin yekunları üzrə sığorta şirkətlərinin sığorta haqları 148 mln. manat, ödəmələri isə 36,77 mln. manat olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]