Azərbaycan, Bakı, 14 may / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın özəl sektoru ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olma prosesində qeyri-fəal iştirak edir. Bu barədə çərşənbə günü Azərbaycanın ÜTT-yə daxil olması üzrə Danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Bu gün Bakıda "ÜTT-yə üzvlük prosesində hökumət ilə özəl sektor arasında dialoqun inkişafı" mövzusunda seminar keçirilir. Seminarda Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi, Azərbaycan Marketinq Cəmiyyətinin icraçı direktoru və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi iştirak edir.
Seminarın əsas mövzularını təşkilata üzvlük prosesində biznes infrastrukturunun rolu, ÜTT-yə daxil olmanın əsas problemləri, hazırkı danışıqların vəziyyəti və gələcəkdə hansı addımların atılacağı təşkil edir.
Məmmədquliyev bildirib ki, Azərbaycan ÜTT-yə daxil olma yolunda bəzi uğurlara nail olub, lakin hələ bir sıra problemlər, o cümlədən ölkənin özəl sektorunun bu prosesdə qeyri-fəal iştirakı problem olaraq qalmaqdadır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]