Azərbaycan, Bakı, 16 may / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Əmrahbank" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Fond Birjasının cümə günü yayılan məlumatında deyilir.Emissiyanın həcmi 2.141.100 AZN təşkil edir, bir səhmin nominal dəyəri 100 AZN, Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Səhmlərin yerləşdirilməsində "AzərInterTreyd" MMC anderrayter vəzifəsində çıxış edəcək.