...

Qiymətlər daim azad bazar tərəfindən tənzimlənməlidir – parlament komissiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2008 15:07 (UTC +04:00)
Qiymətlər daim azad bazar tərəfindən tənzimlənməlidir – parlament komissiyasının rəhbəri

Azərbaycan, Bakı, 20 may/ Trend , müxbir S.Babayeva/ Azad bazar şəraitində qiymətlər bazarın özü tərəfindən tənzimlənməlidir, lakin istisnalar da ola bilər. Bu barədə çərşənbə axşamı ölkədə ərzaq mallarının qiymət artımını şərh edən Azərbaycan parlamentinin İqtisadi siyasət üzrə daimi komissiyasının rəhbəri Ziyad Səmədzadə bildirib.

Səmədzadənin rəyinə görə, yaxın vaxtlarda taxıl fondunun yaradılması bazara öz təsirini göstərəcək. "Zərurət yarandıqda, fonddan dövriyyəyə taxıl buraxılacaq və bununla da hər şey tənzimlənəcək", - komissiya rəhbəri bildirib.

Parlament komissiyasının rəhbəri hesab edir ki, hər şeydən vacib istehlak mallarının rəqabətqabiliyyətliliyinin və onlara çəkilən xərclərdə şəffaflığın qorunmasıdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ilin martı ilə müqayisədə apreldə istehlak malları və xidmət tariflərində qiymət artımı 3,1 faiz, yanvar-apreldə isə ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz təşkil edib. Dörd ay ərzində inflyasiyanın artım templəri 10,9 faizə çatıb.

Apreldə ərzaq mallarının qiymətləri 4,5 faiz, 2007-ci ilin yanvar-apreli ilə müqayisədə isə 23,7 faiz bahalaşıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti