...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2008 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend / Mayın 29-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Notların dövlət qeydiyyat №-si - 50102119S, emissiyaların ümumi həcmi - 40 000 000 AZN, hərraca çıxarılan həcm - 30 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notların tədavül müddəti - 27 dney.

Hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 25 iyun

Xəbər lenti

Xəbər lenti