...

Bakı Banklararası Valyuta Birjası mayın 29-a olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2008 02:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend / Bakı Banklararası Valyuta Bircasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, mayın 29-da USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8229 AZN təşkil edib. Bu barədə birjanın cümə günü yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8214 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 855 540 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8229 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə 2 255 000 ABŞ dolları və ya 1 855 540 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 563 750 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,69%, ABŞ dolları üzrə isə illik 16,19% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti