...

Azərbaycanda birja valyuta bazarının dövriyyəsi may ərzində təqribən 5 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend / Azərbaycan Beynəlxalq Bankı (ABB) mayda Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində ticarətin yekunları üzrə ADV birja bazarının aparıcı operatorları - banklarının beşliyinə başçılıq edib. Bu barədə Birjanın məlumatında bildirilir.

Hərracların ümumi həcmində bağladıqları əqdlərin payına müvafiq olaraq, birja valyuta bazarının lider bankları sırasına "Unibank" ASC, "Kapital Bank" səhmdar-kommersiya bankı, "Bank Standard" QSC və "Bank Respublika" səhmdar-kommersiya daxil olub.

ABB-nin payı 26,52 faiz, Unibank - 12,38 faiz, Kapital Bank - 11,05 faiz, Bank Standard - 8,54 faiz və Bank Respublika - 6,72 faiz təşkil edib.

Ümumi hesabda cari ilin may ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 27 bank iştirak edib. Həmin dövrdə keçirilən 40 ticarət sessiyasında 124 əqd qeydə alınıb. "Birja Elektron Sistemində Ticarət"in həcmi isə, ötən ayda 154,175 mln. manat və dollar ekvivalentində 186,811 mln. təşkil edib,. EUR/AZN və RUR/AZN alətləri üzrə qeydə alınan əqdlərin həcmi 616,797 min. manat təşkil edib. Aprel ayı ilə müqaisədə, valyuta bölməsinin həcm göstəriciləri hesabat ayında 7,41 mln. manat və yaxud 4,58% azalıb, ortagünlük dövriyyə isə, əksinə dollar ekvivalenti ilə 8,865 mln.-dan 9,341 mln.-dək artıb. Bu zaman qeydə alınan hər əqdin orta həcmi mayda $1,507 mln. bərabər olub, halbuki əvvəlki ayda həmin göstərici $1,512 mln. təşkil edirdi. Beləliklə, həcm göstəricilərinin ay ərzində aşağı düşməsini may ayında iş günlərinin və onalara müvafiq olaraq, ticarət sessiyalarının az olması ilə izah etmək olar. Bununla bərabər, ötən ilin müvafiq ayı ilə müqaisədə, birjanın may ayında xarici valyutalar üzrə dövriyyəsi 5,72 dəfə çoxdur. Umumi hesabda isə, cari ilin yanvar-may ayları üzrə həcm göstəriciləri 856,735 mln. manata və yaxud $1,025 mlrd. çataraq, ötən ilin müvafiq aylarındakı dövriyyəni 2,2 dəfə üstələyib.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,37% artıb - hər USD görə 0,8273-dən 0,8242 AZN qədər. Nəticədə milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,8253 bərabər olub, halbuki, aprel ayında bu göstərici 0,8285 AZN təşkil edirdi. Son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 3,1% cari ilin əvvəlindən isə 1,15%.artıb.

İyunun 3-nə olan rəsmi məzənnə - 0,82 AZN/USD.

Xəbər lenti

Xəbər lenti