...

Dmitri Medvedyev Rusiyanı qlobal iqtisadi problemlərin müzakirəsi üçün meydan kimi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2008 12:47 (UTC +04:00)
Dmitri Medvedyev Rusiyanı qlobal iqtisadi problemlərin müzakirəsi üçün meydan kimi təklif edir

Azərbaycan, Bakı, 07 iyun/ Trend , müxbir Ü.İsmayılova/ Rusiya prezidenti Dmitri Medvedyev şənbə günü XII Peterburq İqtisadi Forumunun açılışı zamanı iri maliyyə şirkətləri rəhbərləri, maliyyə analitikləri və alimlərin iştirakı ilə bu il RF-də beynəlxalq konfrans keçirməyi təklif edib.

"Rusiya dünya bazarlarında maliyyə və qlobal problemlərin müzakirəsi üçün münasib meydançadır", - Medvedyev "Vesti" telekanalının birbaşa efirində bildirib.

Onun rəyinə görə, dünya problemlərinin müzakirəsi üçün belə meydança daimi fəaliyyət göstərə bilərdi, "burada hazırlanan yanaşmalar isə müvafiq qərarların qəbulu üçün siyasətçilər tərəfindən istifadə oluna bilər".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti