Azərbaycan, Bakı, 13 iyun/ Trend / Avropa Treninq Fondunun əməliyyat departamenti "Qara Dəniz Hövzəsi ölkələrinin əmək bazarlarının tədqiqi - Azərbaycan" layihəsi çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə birgə əmək bazarının inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.
Avropa Treninq Fondunun əməliyyat departamentinin əməkdaşları Eduarda Castel-Branco və Ummuhan Bardakın Bakıya səfəri zamanı əmək bazarının hazırki vəziyyəti, problemləri və inkişafının gələcək perspektivləri müzakirə olunub.
Elmi-Tədqiqat İnstitutunun direktoru Namiq Tağıyevin sözlərinə görə, layihənin məqsədi ölkədə demoqrafik vəziyyətin öyrənilməsi, həmçinin məşğulluq və işsizlik problemlərinin araşdırılmasından ibarətdir.