...

Səhiyyə Nazirliyi Azərbaycan bazarını saxta dərmanlardan qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 18:00 (UTC +04:00)
Səhiyyə Nazirliyi Azərbaycan bazarını saxta dərmanlardan qoruyur

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir S.Babayeva / Azərbaycan Səhiyyə Nazirliyi ölkə bazarında təxminən 3,5 min idxal dərman preparatı qeydə alıb. Bu barədə cümə günü səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

Martın 1-dən etibarən, Azərbaycana dərman preparatlarının gətirilməsi Səhiyyə Nazirliyinin dərman preparatlarının Analitik Ekspertiza Mərkəzinin qeydiyyatı əsasında aparılır. Preparatın qeydiyyata alınması üçün rüsum məbləği, dərmanların çeşidindən asılı olaraq, Tarif Şurasının qərarı əsasında alınır.

"Biz ölkəyə saxta dərman preparatlarının gətirilməsinə yol verə bilmədiyimizdən,bu prosedurları apardıq", - deyə o bildirib.

Onun sözlərinə görə, buna qədər qanunvericilikdə boşluq olduğundan, ölkənin dərman preparatları bazarında xaos müşahidə olunurdu. Dərmanların 80 faizi ölkəyə qeydiyyatsız gətirilirdi.

Nazir bildirib ki, son altı-yeddi ay ərzində mindən çox aptekdə yoxlanışlar aparılaraq, istifadə müddəti bitdiyindən, minə yaxın dərman preparatı müsadirə olunub.

Xəbər lenti

Xəbər lenti