...

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi Brüsseldə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend Bu gün Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti doqquzuncu iclası keçirilir. Bu barədə cümə günü Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

İclasda energetika sahəsində əməkdaşlıq, Aİ-nin Fəaliyyət Planının yerinə yetirilməsi gedişi və digər məsələlər müzakirə olunur.

Tədbirdə Azərbaycanın iqtisadi inkişaf nazirinin müaivni Mikayıl Cabbarov, xarici işlər nazrilyi, həmçinin Aİ-nin ölkəmiz üzrə Fəaliyyət Planının yerinə yertirilməsi prosesinə cəlb edilmiş müvafiq dövlət orqanlarının nümayəndələri iştirak edir.

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi 2000 -ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti