...

"Bank Respublika" "Goranboy" və "Bərdə" filiallarını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend Bank Respublika" xidmət şəbəkəsini genişləndirmək məqsədilə Goranboy şəhərində H.Əliyev prospekti, 25 ünvanında "Goranboy" filialını və Bərdə şəhərində Nizami küçəsi, 102A ünvanında "Bərdə" filialını istifadəyə verib.

Yeni filiallar əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Bu xidmətlər sırasında hesablaşma-kassa xidmətləri, depozitlər, MasterCard və VISA plastik kartları, Western Union, Contact, Migom, Coinstar, PrivatMoney, Bıstraya poçta, Xpress Money, Blizko və Allür sistemləri üzrə təcili pul köçürmələrini və sair xidmətləri qeyd etmək olar.

"Bank Respublika"nın hazırda Bakı, Gəncə, Sumqayıt, Şirvan (Əli Bayramlı), Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində 18 filialı və 8 şöbəsi fəaliyyət göstərir. Bakı şəhərində "Bank Respublika"nın Baş Ofisi, "Mərkəz", "Azadlıq", "Azneft", "Nərimanov", "Nəsimi", "Əhmədli", "Bakıxanov" filialları, "Memar Əcəmi", "Alatava", "Yasamal" və "Ağa Nemətulla" şöbələri fəaliyyətdədir.

"Bank Respublika"nın filial və şöbələri müştərilərə, nahar fasiləsi olmadan, həftənin 6 günü bank xidmətləri göstərir. Bakıda müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 də fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti