...

Latviya əlverişli coğrafi mövqeyə malikdir – Azərbaycanın iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2008 16:45 (UTC +04:00)
Latviya əlverişli coğrafi mövqeyə malikdir – Azərbaycanın iqtisadi inkişaf naziri

Azərbaycan, Bakı, 17 iyul / Trend /Azərbaycanın nümayəndə heyəti Latviyanın nəqliyyat naziri Aynars Şleserslə (Ainars Slesers) görüşdə Latviyanın nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini qeyd edib. Bu barədə The Baltic Course məlumat verib.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, Latviyanın coğrafi vəziyyəti çox əlverişlidir.

"Azərbaycandan olan müəssisələr Avropa İttifaqında bizneslərini inkişaf etdirmək qərarına gəlsələr, böyük ehtimal var ki, onlar Latviyanı seçəcəklər", - Babayev bildirib.

2006 - cı ildə Azərbaycandan Latviyaya uçan sərnişinlərin sayının 20 dəfə artmasını nəzərə alan Latviyanın nəlqiyyat nazirliyi, ölkələr arasında gündəlik uçuşların həyata keçirilməsini təklif edib. Hazırda Latviyanın airBaltic milli aviadaşıyıcısı həftədə iki Riqa-Bakı reysini həyata keçirir.

Şlesers həmçinin "Azərbaycan Hava Yolları"nı Riqaya daimi reyslərə başlamağa çağırıb.

Görüşdə Latviyanın nəqliyyat siyasəti, limanlarda yük tranziti və neft tranziti və aviasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti