...

Azərbaycanda ilin sonunadək kommunal xidmətlərin tarifləri dəyişməyəcək - Tarif Şurası

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2008 14:39 (UTC +04:00)
Azərbaycanda ilin sonunadək kommunal xidmətlərin tarifləri dəyişməyəcək - Tarif Şurası

Azərbaycan, Bakı, 19 iyul/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda ilin sonunadək kommunal xidmətlərin tarifləri dəyişməyəcək, - bazar ertəsi Traif Şurasının və USAID-in "Nizamlama və tariflər" birgə layihəsinə həsr edilən seminarda Şuranın katibliyinin başçısı Elşən Əsədov deyib.

"İndi Tarif Şurası istehlakçılara aid olmayan tarifləri müzakirə edir. Hazırda Şura nazirlikdən ekologiya üzrə daxil olan təklifləri və reklam xidmətləri ilə bağlı tarifləri müzakirə edir", - Əsədov bildirib.

Əsədov əhalinin kommunal xərclərə sərf etdiyi məbləğdən danışaraq deyib ki, hazırda bu rəqəm cəmi 7-8 faiz təşkil edir, halbuki inkişaf etmiş ölkələrdə bu rəqəm 20 faizədəkdir.

Azərbaycanın Tarif Şurası prezidentin 2005-ci il 25 dekabr tarixli fərmanı ilə yaradılıb və İcra Hakimiyyətinin kollegial orqanıdır. Şuranın əsas vəzifələri ölkənin qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlətin nizamladığı qiymətlərə riayət olunmasına nəzarət etməkdir.

Xəbər lenti

Xəbər lenti