...

Böyük Britaniyada resessiyanın mümkünlüyü - Qərb iqtisadçılarının fikirləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir A.Bədəlova/ Bu həftə İngiltərə Bankının nümayəndəsi Devid Blençflauer (David Blanchflower) Britaniya qəzeti Guardian-a müsahibəsində bildirib ki, Böyük Britaniya ressesiya vəziyyətindədir. Blençflauer deyib ki, ölkədə iqtisadi durğunluq hələ bir neçə ay boyunca davam edəcək və əlavə edərək qeyd edib ki, vəziyyət Birləşmiş Ştatlardakından da pis ola bilər. Blençflauer vəziyyətin pisləşməsinin qarşısını almaq üçün təcili tarif faizinin endirilməsinin zəruriliyini qeyd edib.

Analitiklərin Böyük Britaniya iqtisadiyyatının ressesiya zolağına mümükün daxil olması məsələsində fikirləri haçalaşır. Britaniya konsaltinq şirkəti Capital Economics-in iqtisadi tədqiqatlar üzrə baş iqtisadçısı Conatan Loynes (Jonathan Loynes) Böyük Britaniyanın resessiya vəziyyətinə daxil olması şanslarını yüksək qiymətləndirir.

"Son hadisələr güman etməyə əsas verir ki, Böyük Britaniyada iqtisadi vəziyyət əvvəllər güman edildiyindən də pis ola bilər. Ölkə iqtisadiyyatının sənaye resessiyası vəziyyətinə daxil olma şansları isə böyükdür", - çərşənbə günü Trend -a elektron poçt ilə Loynes deyib.

Loyensin sözlərinə görə, Böyük Britaniyada resessiyanın olub-olmamasından asılı olmayaraq, iqtisadi durğunluğun nəticələri güclü olacaq.

"Yaşayış evlərinin qiymətinin aşağı düşməsindən başqa, 2010-cu ilin sonunadək ölkədə işsizlərin sayı 1 milyona çata bilər", - Loyens qeyd edib.

Cari ilin iyununda Britaniyada yaşayış evlərinin qiyməti mayla müqayisədə 2 faiz azalıb. Britaniyanın böyük ipoteka kreditor bankı Halifax-ın məlumatlarına əsasən, 2008-ci ilin ikinci rübü ərzində yaşayış evlərinin qiyməti keçən ilin analoji qiymətləri ilə müqayisədə 6,1 faiz azalıb. Böyük Britaniyanın Milli Statistika Bürosunun məlumtlarına görə, cari ilin iyununda işsizliyin səviyyəsi 2,6 faiz təşkil edib, işsizlik üzrə müavinətlərə dair ərizələrin sayı isə 15 500-ə çatıb ki, bu da 1992-ci ilin dekabrından bəri ən yüksək artımdır.

Britaniya şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə Böyük Britaniyada iqtisadi artım 1,7 faiz olacaq, 2009-cu ildə isə 0,5 faiz enəcək.

Amerika səhmdar bankı Morgan Stanley-nin idarəedici direktoru, baş valyuta iqtisadçısı Stefan Cenin (Stephen Jen) fikrincə, Böyük Britaniyanın iqtisadi artım tempinin kifayət qədər ləngiməsinə  baxmayaraq, ölkədə resessiya olmayacaq.  

"Yaşayış evlərinin qiymətinin enməsi dövrü,  hamının başa düşdüyü dərəcədən də artıq istehlak sahəsinə məhdud təsir edəcək", - çərşənbə günü elektron poçt ilə Cen bildirib.

Analitiklər düşünürlər ki, İngiltərə Bankının uçot tariflərinin endirilməsi üzrə siyasəti bu il özünü qoruyub saxlayacaq.

"İngiltərə bankının monetar komitəsi 2008-ci ilin qalan dövrü ərzində tarif faizini bir dəfə azaldacaq və çox güman ki, bu, dekabrda olacaq", - Loynes hesab edir.

Cenin fikrincə, İngiltərə Bankı cari ilin sonunadək tarif faizini həmin səviyyədə saxlayacaq.

"Bank indiyədək iflyasiya risklərində cəmləşib. Buna görə də biz ondan tariflərin endirəcəyini gözləmirik", - Cen deyib.

İngiltərə Bankı son iclası zamanı baza tarif faizini illik beş faizlik səviyyədə saxlayıb. Böyük Britaniyada baza tarifi "böyük yeddilik"dövlətləri arasında ən yüksək olanıdır. Bank tarif faizini son dəfə cari ilin aprel ayının 10-da dəyişərək, onu 0,25 faiz endirib.

Xəbər lenti

Xəbər lenti