...

2008-ci ilin altı ayı ərzində fiziki şəxslərin "Parabank"a qoyduğu əmanətlərin həcmi 76 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend / Fiziki şəxslərin "Parabank" ASC-yə qoyduğu əmanətlərin həcmi 2008-ci ilin əvvəli ilə müqayisədə 76,7 faiz artıb, - bankın cümə axşamı yaydığı bəyanatda deyilir. Bu göstərici son ildə iki dəfədən çox artıb və 2008-ci il iyulun 1-nə 27,3 mln. manat təşkil edib.

Bankın ümumi depozit portfelinin həcmi 2008-ci ilin əvvəli ilə müqayisədə 65,2 faiz artıb və 2008-ci il iyulun 1-nə 30,43 mln. manat səviyyəsinə çatıb. Bankın qəbul etdiyi təcili depozitlərin həcmi hesabat dövrünün sonunadək 29,30 mln. manat olub. 2008-ci ilin 6 ayı ərzində bu göstərici üzrə artım 76,8 faiz olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 189,7 faiz çoxdur.

2008-ci ilin altı ayı ərzində "Parabank" ASC-nin kredit porfeli 55,6 faiz  artaraq, iyulun 1-nə 33,79 mln. manat olub. Hesabat dövrünün sonunadək bankın verdiyi istehlak kreditlərinin həcmi 3,5 mln. manata çatıb.

Bankın aktivləri 2007-ci ilin ilk yarımili ilə müqayisədə 58,2 faiz artıb və 2008-ci ilin sonuna 56,5 mln. manat təşkil edib. 2008-ci ilin ilk yarımilində aktivlərin artımı 36,5 faizə bərabərdir.

2008-ci ilin iyulun 1-nə olan vəziyyətə görə, bankın ümumi kapitalının həcmi 11,95 mln. manatdır.

Hesabat dövrünün sonunadək bankın ümumi gəlirləri 4,39 mln. manat olub ki, bu da 2007-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 226,3 faiz çoxdur. 2008-ci ilin iyununadək bankın ümumi gəlirləri 197,8 faiz artıb.Verilən kreditlər üzrə bankın faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 234,2 faiz artaraq, hesabat dövrünün sonunadək 3,38 mln. manat olub. Cari ilin iyununadək gəlir faizinin artımı 200,3 faiz, qeyri-faiz gəliri isə 189,7 faiz olub.

Xəbər lenti

Xəbər lenti