...

Bakı-Tbilisi-Qars yeni dəmir yolu vasitəsilə ilk mərhələdə ildə 6,5 milyon ton yük daşınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2008 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend Cap / 2011-ci ildə açılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi ilə birinci mərhələdə ildə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşımaq planlaşdırılır. Bu barədə cümə axşamı dəmir yolu əlaqəsinin Türkiyə hissəsinin tikintisinin təməlqoyma mərasimində Türkiyənin nəqliyyat naziri Bineli Yıldırım məlumat verib.

Gələcəkdə sərnişin daşınması ildə 3 mln. nəfərədək, yük daşınması isə ildə 18 mln. tonadək artırılacaq, Türkiyənin nəqliyyat naziri Türkiyənin CNN Turk telekanalı ilə birbaşa yayımlanan mərasimdə bildirib.

Tikintinin təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyə prezidenti Abdullah Gül iştirak ediblər.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda ötürmə gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək də planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə $600 mln. qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti