...

Azərbaycana qatarların hərəkət sürətinin artırılması üzrə 2,3 milyard dollar dəyərində layihə təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2008 13:12 (UTC +04:00)
Azərbaycana qatarların hərəkət sürətinin artırılması üzrə 2,3 milyard dollar dəyərində layihə təqdim olunub

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir E.İsmayılov/ Koreya Dəmir Yol Sistemi mütəxəssisləri 2,3 mlrd. dəyərində olan Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) sahəsində qatarların hərəkətinin sürətləndirilməsi layihəsini çərşənbə günü Azərbaycan Dövlət Dəmir Yol İdarəsinə təqdim edib. Bu barədə çərşənbə günü Bakıda Koreya Dəmir Yol Sisteminin nümayəndəsi Kim Naq Qi bildirib.

"Biz Azərbaycanın dəmir yollarının təkmilləşdirilməsi üzrə üçüncü layihəni təqdim etmişik, mənə elə gəlir ki, tərəfimizdən təqdim olunan üçüncü variant sizin üçün maraqlı olacaq", - deyə Kim Naq Qi bildirib.

Azərbaycan Dövlət Dəmir Yol İdarəsi əvvəllər yüksək qiymətə başa gəldiyindən koreyalı mütəxəssislərin təklif etdiyi ilk iki variantdan imtina edib. Təklif olunan məbləğ göstərilmir.

Layihədə iştirak edən Koreya şirkətlərinin təklifləri onun üç mərhələdə reallaşdırılmasını nəzərdə tutur. Birinci mərhələ - Gəncədən Gürcüstan sərhədinədək olan yolun bir hissəsinin, ikinci- Bakıdan Hacıqabul şəhərinədək, üçüncü isə Hacıqabuldan Gəncəyədək olan yolların yenidən qurulmasını nəzərdə tutur.

Koreya mütəxəssisləri tərəfindən təklif olunan layihə sərnişin qatarlarının hərəkətinin saatda 150 km-dək, yük qatarlarının hərəkətinin isə saatda 120 km-dək artırılmasını nəzərdə tutur. Hazırda bu istiqamətlərdə olan qatarların hərəkət sürəti saatda 80 km-i ötür.

Tədqiqatlar göstərir ki, iqtisadi nəzərdən bu layihəyə 2010-cu ildən start verilməsi məqsədəuyğun hesab olunur. Bu vaxta qədər biletlərin qiymətinin qaldırılması mümkün olacaq.

Layihə təsdiq olunarsa, onun reallaşdırılma müddəti altı il (iki il layihələşdirmə, beş il isə tikinti) təşkil edəcək. Gələcəkdə analoji layihənin Rusiya sərhədi istiqamətində reallaşdırılması da mümkündür. Layihənin qarışıq investisiya - dövlət, özəl banklar və şirkətlərin sərmayələri hesabına reallaşdırılması nəzərdə tutulur.

Əvvəllər koreyalı mütəxəssislər tərəfindən layihənin reallaşdırılması üzrə üç variant təqdim olunmuşdu: mövcud vəziyyətin dəyişdirilməsi və hərəkət sürətinin saatda100 km, 150 km və 160 km-dək artrılması.

Birinci variant 2,7 mlrd. dollar həcmində investisiyanın yatırılmasını nəzərdə tutur. İkinci halda isə (digərlərinə nisbətdə üstün hesab olunur) investisiyaların həcmi 3,5 mlrd. dollar həcmində göstərilir. Üçüncü layihə - hərəkət sürətinin saatda 160 km-dək artırılması, ikincidən cüzi olaraq fərqli həcm 4,3 mlrd. dollar investisiya nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünavanı: [email protected]

Xəbər lenti

Xəbər lenti