...

2008-ci ilin 7 ayı ərzində "Unileasing" şirkətinin "Biznes məqsədilə daşınmaz əmlakın lizinqi" layihəsi çərçivəsində sərmayələrinin məbləği 8 milyon dolları keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust/ Trend / 2008-ci il avqustun 1-nə olan məlumatlara əsasən, "Unileasing" Lizinq Şirkəti QSC biznes məqsədilə daşınmaz əmlak bazarının inkişafına $8 milyondan artıq sərmayə yatırıb, - bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

Sərmayələrin 50%-dən çoxu cari ildə həyata keçirilib. "Unileasing" daşınmaz əmlak sektoruna $7  mln.-dək sərmayə qoymaq niyyətindədir.

"Biznes məqsədilədaşınmaz əmlakın lizinqi" layihəsi nəticəsində həm fiziki və həm də hüquqi şəxslər ən əlverişli şərtlərlə və minimal ilkin qoyuluş ilə biznes üçün vacib olan ofis binaları və yerləri, biznes-mərkəzləri, mehmanxanalar, restoranlar, şadlıq evləri, bank yerləri, istehsalat yerləri, ticarət yerləri, anbar yerləri və ya digər şəraiti, biznes məqsədilə əmlakı lizinq sayəsində əldə edə bilərlər.

2007-ci ilin sonuna olan məlumatlarına əsasən, biznes məqsədilə şirkətin daşınmaz əmlak portfeli 11%, cari ilin ikinci rübünün sonunda isə 15,6% təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti