...

Gürcüstandakı vəziyyətlə əlaqədar Bakıda avtomobillər bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2008 12:41 (UTC +04:00)
Gürcüstandakı vəziyyətlə əlaqədar Bakıda avtomobillər bahalaşıb

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir Ü.İsmayılova/ Avqust ayında satış məqsədilə Gürcüstan və Azərbaycan bazarlarına avtomobillərin gətirildiyi Qara dəniz Poti limanının işindəki pozulmalar Bakının təkrar avtomobil bazarında qiymətlərin beş faiz qalxmasına səbəb olub. Bu barədə çərşənbə günü "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Düşünürəm ki, limanın normal işi və avtomobillərin əvvəlki kimi tədarükünün bərpasından sonra qiymətlər cüzi şəkildə azalacaq", - deyə İbrahimov bildirib.

Avtomobillər Azərbaycana əsasən Gürcüstan, Rusiya və İrandan gətirilir.

İbrahimovun sözlərinə görə, bazarda təkliflərin azalması İrandan gətirilən avtomobillərin qiymətinin də səkkiz faiz bahalaşmasına səbəb olub. İbrahimov vurğulayıb ki, Rusiya istehsalı olan avtomobillər üzrə qiymət artımı təqribən üç faiz təşkil edib.

Bakı bazarında avtomobilin minimal dəyəri min dollar, maksimal dəyəri isə 205 min dollar təşkil edir.

Poti limanı həm Azərbaycan və Mərkəzi Asiyadan keçməklə dəmir yolu üzrə gedən duru neft məhsullarının realizəsi, həm də konteyner yüklərinin qəbulu və göndərilməsi ilə məşğul olur.

Avqustun ortalarında Gürcüstanın Kaspi rayonu ərazisində dəmir yolu körpüsü partladılıb. Bu, neft məhsulları qəbulunun dayandırılması və yolda qatar tıxacının yaranmasına gərtirib çıxarıb. Rusiya hərbçilərinin Potidə olması limanın işində problemlərə səbəb olub və bu da konteyner daşımalarında öz əksini göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti