...

ABŞ prezidenti maliyyə böhranının aradan qaldırılması üçün Konqresi qəti addımlar atmağa çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2008 21:50 (UTC +04:00)
ABŞ prezidenti maliyyə böhranının aradan qaldırılması üçün Konqresi qəti addımlar atmağa çağırıb

Azərbaycan, Bakı, 30 sentyabr / Trend müxbir A.Badalova/ ABŞ prezidenti Corc Buş Konqresi ölkənin maliyyə bazarındakı vəziyyətin sabitləşməsi məqsədi ilə qəti tədbirlər görməyə çağırıb.

"İqtisadiyyatımız hökumətin qəti addımlarından asılıdır", - deyə Buş vurğulayıb.

Konqresin aşağı palatası sentyabrın 29-da müvafiq layihəni rədd edib. Həmin layihə problemli aktivlərin alınması üçün büdcədən 700 milyard dolların ayrılmasını nəzərdə tuturdu. Layihənin qəbul edilməməsi ilə bağlı xəbər gözlənilməz olub. Sənədin qəbuluna 205 konqresmen səs verib, 228 nəfər isə əleyhinə olub.

Sözügedən layihə öncə konqresmenlər tərəfindən razılaşdırılmışdır. Onun qəbul ediləcəyi təqdirdə Buş administrasiyası ilkin mərhələdə yalnız $350 mlrd. ї öncə $250 mlrd., sonradan isə Maliyyə Nazirliyinin tələbi əsasında daha 100 mlrd. ayrıla bilərdi. Şərtə görə Konqres yerdə qalan vəsaitin ayrılmasına veto qoymaq hüququ özündə saxlayırdı.

"Bu, çox böyük pullardır. Lakin biz də böyük problemin həlli ilə məşğuluq və bizim başqa seçimimiz yoxdur", - deyə ABŞ prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti