Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir İ.Xəlilova/ "Azərbaycanın bank sistemi dünya maliyyə böhranından daha az zərər çəkəcək", - MDB - nin Maliyyə - Bank Şurasının Baş direktoru Pavel Nefidov cümə axşamı Bakıda bildirib.
Onun sözlərinə görə, dünyada heç bir bank sistemi, o cümlədən də Azərbaycanın bank sistemi böhranlardan immunitetə malik deyil. Böhranın ilkin mərhələsində maliyyə alətlərinin işlənilməsi üzrə bütün zəruri tədbirləri görmək lazımdır. Bu məsələ oktyabrın 24 - də Bakıda keçiriləcək bank konfransında əsas müzakirə predmeti olacaq.
Bu gün maliyyə böhranı daha çox Qazaxıstan və Ukrayna banklarına təsir göstərib. Bu ölkələrin bankları dünya maliyyə sisteminə daha çox inteqrasiya ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]