Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir A.Bədəlova/ Dünya maliyyə sisteminin təkmilləşdirilməsi üçün beynəlxalq maliyyə institutlarının möhkəmləndirilməsi üzrə səylərin birləşdirilməsi lazımdır, - İraqın Mərkəzi Bankının valyuta siyasəti üzrə baş müşaviri, Kayman adaları valyuta idarəsinin direktoru Uorren Kots (Warren Coats) hesab edir.
"Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Maliyyə Sabitliyi Forumunun (MSF), beynəlxalq normaların möhkəmləndirilməsi məqsədilə qlobal əməkadşlıq üzrə səylərin birləşdirilməsinin dəstəklənməsi "20 - lər qrupu"nun görüşünün müsbət nəticəsi ola bilər", - BVF-in keçmiş əməkdaşı Kots bazar ertəsi elektron poçtla Trend -a bildirib.
Noyabrın 15 - də Vaşinqtonda "böyük iyirmilik" ölkələrinin iştirak edəcəyi böhran əleyhinə sammit keçiriləcək. Əsas müzakirə mövzuları böhranın səbəbləri və onun aradan qaldırılması üzrə görülən tədbirlərin qiymətləndirilməsi olacaq. G-20-nin iştirakçıları böhranın təkrarlanmasından qaçmaq üçün zəruri olan islahat prinsipləri üzrə razılıq əldə etməyə can atırlar.
Kotsun rəyinə görə, dünya maliyyə bazarlarının tənzimlənməsi radikal dəyişikliklər deyil, dəqiq detallaşdırmanın aparılmasını tələb edir.
" Çaxnaşmanın ən qızğın vaxtında siyasi iclas keçirməklə tezliklə buna nail olmaq olmaz", - Kots bildirib.
Onun sözlərinə görə, G-20-dən gələcək xüsusi təkliflərdənsə, korporativ idarəetmə və risklərin idarə edilməsi standartlarının təkmilləşdirilməsi üzrə daimi səylərin maliyyə sistemini yaxşılaşdırmağa daha çox şansı var.
Kots hesab edir ki, Çin, Hindistan, Braziliya və Rusiyanın sıralarına qəbul edilməsi ilə MSF- nin tərkibi genişləndirilməlidir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]