Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Sentyabrda Bakının ilkin daşınmaz əmlak bazrında bir kvadratmetr mənzil sahəsinin orta qiyməti 0,7 faiz - 1202 dollaradək artıb,- "Əmlak Bazarı İştirakçılar" İctimai Birliyindən çərşənbə günü bildiriblər. Avqustda ilkin bazarda "kvadratın" dəyəri 1187 dollar, sentyabrda 1194 dollar təşkil edib.
Oktyabrda ilkin bazarda mənzillərin orta sahə göstəricisi 120,2 kv. m təşkil edib ki, bu da sentyabrdan (120,1 kv. m) 0,08 faiz çoxdur. Tikilən binaların orta blok sayı 2-3, orta mərtəbə göstəricisi 15,1.
Yeni tikililərin əksəriyyəti Yasamal rayonunda ucaldılıb. Tikilən obyektlərin sayına görə ikinci yeri paytaxtın Nəsimi, üçüncü yeri Xətai rayonu tutur. Bu rayonlar birlikdə Bakının daşınmaz əmlak bazarının ilkin portfelinin 66,9 fazini təşkil edir.
Oktyabrda Xətai rayonunda qiymət artımı 1,8 faiz, Yasamal rayonunda 0,5 faiz təşkil edib. Bakının digər rayonlarında qiymətlər sabit qalıb.
Oktyabrda ilkin bazar portfelində üçotaqlı mənzillərin payı üstünlük təşkil edib. Beşotaqlı mənzillər, əsasən, Bakının I, birotaqlı mənizillər III zonasında təklif edilib.
Yeni tikilən binalarda birotaqlı mənzillərin orta sahəsi 60 kv. m, ikiotaqlı - 92,8 kv. m, üçotaqlı - 135,5 kv. m, dördotaqlı - 183,2 kv. m, beşotaqlı - 234,4 kv. m təşkil edib.
İctimai Birliyin monitorinqinin nəticələrinə əsasən, oktyabrda Bakıda 554 bina tikilməkdə olub, bir binanın tikintisi və satışı başa çatıb. Evləri 208 tikinti şirkəti tikib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]