Azərbaycan, Bakı, 02 dekabr / Trend / Azərbaycan Beynəlxalq Bankı noyabrda Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə bağladığı əqdlərin payına müvafiq olaraq, birja valyuta bazarının liderləri - banklarının beşliyinə başçılıq edib, - Birjanın çərşənbə axşamı yayılmış məlumatında bildirilir. Ümumi dövriyyənin 52,91 faizi bu bankın payına düşüb.
Bundan başqa, təşkil edilmiş valyuta bazarının aparıcı dilerləri sırasına sırasına 13 faiz payla Unibank ASC, 12,8 faizlə ASB, 11,25 faizlə Bank Respublika və 6,04 faizlə Yapi Credi Bank Azerbaijan kommersiya bankı daxil olub.
Bu məlumatlarda Azərbaycan Milli Bankının məlumatları nəzərə alınmır.
Ümumilikdə cari ilin noyabr ayında BBVB -nin valyuta bölməsindəki ticarətdə 14 bank iştirak edib. Hesabat ayında "Birja Elektron Sistemində Ticarət"- də (BEST) keçirilmiş 40 ticarət sessiyasında 48 əqd qeydə alınıb. Noyabrda valyuta bölməsində ticarətin həcmi 64,13 mln. manat və ya 79,33 mln. dollar təşkil edib. Oktyabrın göstəriciləri ilə müqayisədə, valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 72,28 faiz azalıb. Hər əqdin orta həcmi noyabrda 2,75 milyon dollardan 1,65 milyon dollaradək azalıb.
Hesabat ayında milli valyutanın birja məzənnəsi 0,22 faiz qalxıb - hər USD - yə görə 0,8092 -dan 0,8074 manatadək.Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi noyabrda 0,8084 olub, halbuki, sentyabrda bu göstərici 0,8094 manat təşkil edib. Manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi cari ilin əvvəlindən 4,4 faiz artıb.
Dekabrın 2 - nə olan cari mübadilə məzənnəsi -- 0,8094 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]