...

"Unibank" Nizamnamə kapitalını iki dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2008 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr/ Trend / "Unibank"ın səhmdarlarının növbədənkənar yığıncağının qərarı ilə bankın Nizamnamə kapitalı 2 dəfə artırılararaq 30 mln. manata çatdırılacaq, - bankın məlumatında bildirilir.

"Nizamnamə kapitalının 30 mln. manata qədər artırılması səhmlərin bir və ya bir neçə emissiyası ilə 2009-cu il ərzində həyata keçiriləcək. Səhmlər Bankın mövcud səhmdarları arasında paylanacaq", - deyə "Unibank"ın İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd edib.

Onun sözlərinə görə, kapitalın artırılması onun adekvatlıq göstəricisini yüksəldəcək.

"Nizamnamə kapitalının artırılması "Unibank"ın maliyyə imkanlarını genişləndirəcək. Kapitalın artımı bütövlükdə kredit portfelinin, habelə bir borcalan üçün kreditin maksimal ölçüsünün böyüməsinə təsir edəcək. Bundan əlavə, kapitalın artırılması aktivlərin və cəlb edilən kredit resurslarının ümumi həcminin artması üçün əlavə stimuldur", - deyə Hüseynov bildirib.

Hazırda bankın Nizamnamə kapitalı 15 mln. manat təşkil edir ki, bunun da 76,43%-i fiziki şəxslərə, 0,07%-i hüquqi şəxslərə, 15,15%-i Avropa Yenidənqurma və İnkişaf

Bankına və 8,33%-i DEG Alman Sərmayə Korporasiyasına məxsusdur.

Özünün bütün tarixi ərzində bank 14 dəfə səhmləri emissiya edib. Səhmlərin sonuncu buraxılışı 2007-ci ildə baş tutub. O zaman "Unibank" öz Nizamnamə kapitalını 2.27 dəfə artırıb. Nominal dəyəri 2 manat olan qiymətli kağızlar 4,76 manata satılıb. Beləliklə, səhmlərin kotirovka qiyməti nominal qiymətin 238%-ni təşkil edib.

Hazırda "Unibank"ın məcmu kapitalı 65 mln. manat təşkil edir.

Dekabrın 13-nə olan cari mübadilə məzənnəsi - 0,806 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti