...

Azərbaycanın Unibank-ının pul üzrə köçürmələri dövriyyəsi 67 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend / 11 ay ərzində Azərbaycanın UniBank-ı ümumilikdə 25 mln. manat həcmində pul köçürmələri həyata keçirib, - bankın bazar ertəsi yayılan məlumatında deyilir.

"Bu müddət ərzində bankımızda fəaliyyət göstərən pul köçürmələri sistemləri vasitəsilə ölkə hüdudları xaricinə 2 mln. dollar göndərilib, 23 mln. dollar alınıb", - Unibank-ın qeyri-kredit pərakəndə məhsullar üzrə meneceri Rəşad Mayılov qeyd edib.

Beləliklə, 2008 - ci ilin 11 ayı üçün bankın pul köçürmələri üzrə dövriyyəsi 2007-ci ilin eyni dövrünün analoji göstəricisini 66,7 faiz ötüb.

Ötən ilin yanvar - noyabrında ümumilikdə 15 mln. dollar məbləğində pul köçürmələri göndərilib və qəbul edilib.

"Ümumiyyətlə, cari ilin sonuna kimi biz pul köçürmələri üzrə dövriyyəni 30 mln. dollara çatdırmağı planlaşdırırıq, - Mayılov bildirib. - Halbuki bütün 2007-ci il ərzində 17 mln. dollar göndərilmiş və alınmışdı".

İlin yekunlarına görə, Unibank  pul köçürmələri üzrə əməliyyatlardan 350-370 min dollar səviyyəsində gəlirin əldə olunmasını gözləyir, halbuki bütün ötən il üçün bu göstərici 180 min dollar təşkil edib.

Hazırda bankda altı pul köçürmə sistemi fəaliyyət göstərir - Western Union, CONTACT, Migom. Faster, XPmoney və "Bıstraya Poçta". Bank Migom sisteminə cari ilin ortalarında qoşulsa da, bu sistem üzrə dövriyyə artıq 1 mln. dollara yaxınlaşır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti