Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir E.İsmayılov/ Cümə axşamı Bakıda Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində iri yol qovşağı istismara verilib, - Azərbaycanın Nəqliyyat Nazirliyindən bildiriblər. Körpünün açılışında Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
Yol qovşağını Akkord Şirkətlər Qrupu tikir. Akkord artıq tikilən obyektlərdə sınaq işləri aparıb. Rusiyanın İMİDİS institutu tərəfindən həyata keçirilən sınaq prosedurları zamanı körpünün yükgötürmə qabiliyyəti, dayanıqlılığı, hərəkətin rahatlığı yoxlanılıb. Mütəxəssislər yeni yol qovşağının keyfiyyətini müsbət qiymətləndiriblər, - əvvəllər Akkordun məlumatında deyilirdi.
Yol qovşağının tikintisinə 2006 - cı ilin avqustunda başlanılıb. Onun ümumi sahəsi 2 min kvadartmetrdir. Qovşaq dörd nəqliyyat körpüsü və iki tuneldən ibarətdir. Layihə çərçivəsində, buradan keçən dəmir yolu körpüsü də yenidən qurulub.
Layihə reallaşdırılarkən ilk dəfə olaraq yeni yol örtüyünün isidilməsi sistemi tətbiq edilib. Havanın temperaturu 0 - 4 dərəcə arasında dəyişdikdə avtomatik olaraq işə düşür, temperatur yüksəldikdə isə, öz funksiyasını dayandırır.
Bütün işlər Azərbaycan prezidentinin "2006 - 2007- ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı ilə başlayan paytaxtın nəqliyyat infrastrukturun boşaldılması layihəsi çərçivəsində həyata keçirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]