...

Acarıstanda turizm biznesi 20 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2009 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar/ Trend / Ötən il Acarıstan Muxtar Respublikasında (Gürcüstan) turizm biznesi 2007-ci ilə nisbətdə 20 faiz azalıb. Bu barədə Acarıstanın Turizm Departamentinin cümə axşamı yayılan məlumatında bildirilir.

Avqustda Gürcüstan-Cənubi Osetiya münaqişəsi nəticəsində 2008-ci il ərzində turistlərin sayı 70 min azalıb", - deyə Departamentdən bildiriblər.

Daxili turistlərin sayı 12 faiz, xarici turistlərin sayı isə 32 faiz azalıb.

Press-relizdə bildirilir ki, ümumilikdə 2008-ci il ərzində Acarıstanın dəniz sahilinə proqnozlaşdırılan 500 min nəfərdən 235 min turist gəlib.

Cari ildə Departament turizmin inkişaf etdirilməsi və stimullaşdırılması məqsədi ilə ekoturizmə xüsusi diqqət ayırmaq niyyətindədir, bununla əlaqədar olaraq yeddi yeni marşrut hazırlanıb, yeni infrastruktur yaradılıb və bələdçilər hazırlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti