Vladimir Putin Avropaya Ukraynadan keçən qazın tranzit risklərini bölüşməyi və "Qazprom"dan qazın alınması üçün beynəlxalq konsorsiumu yaratmağı təklif edib. Bu haqda xəbəri RİA Novosti yayıb.
Onun sözlərinə görə, Ukrayna yenidən Rusiya qazının Avropaya buraxılması təklifini rədd edib.
Putin əlavə edib ki, Ukrayna qarşısında texnoloji qazın yoxluğu istisna olmaqla Avropaya qazın tranziti üçün heç bir maneə yoxdur.