...

Azərbaycanın gömrük- buraxılış məntəqələrində "vahid pəncərə" ölkənin ÜTT - yə daxil olmasına yardım edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2009 11:05 (UTC +04:00)
Azərbaycanın gömrük- buraxılış məntəqələrində "vahid pəncərə" ölkənin ÜTT - yə daxil olmasına yardım edəcək

Azərbaycan, Bakı, 16 yanvar/ Trend / Yanvarın 1- dən Azərbaycanın gömrük -buraxılış məntəqələrində "vahid pəncərə"nin tətbiqi ilə beşpilləli gömrük rəsmiləşdirməsindən birpilləliyə keçid gömrük bəyannamələrin qeydiyyatını və verilməsini yalnız bir müfəttişin qüvvələri ilə aparmağa imkan verəcək ki, bu da onun şəxsi məsuliyyətini artıracaq və gömrük prosedurlarının həyata keçirilməsi vaxtını xeyli azaldacaq, xarici iqtisadi fəaliyyət iştirakçılarının xərclərinin azalmasına yardım edəcək, eləcə də sahibkarlıq sektoruna marağı artırmağa imkan verəcək və biznesin inkişaf imkanlarını genişləndirəcək.

"Vahid pəncərə"nin prinsipi sərhədin keçilməsi zamanı dayanmaların sayının azaldılmasından ibarətdir. Sistemin tətbiqinin əsas məqsədi mal və nəqliyyat vasitələrinə baxış zamanı hərəkətlərin təkrarlanması, süni maneələrin aradan qaldırılması, müasir tələblərə uyğun idxal-ixrac əməliyyatlarının aparılmasıdır.

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) artıq ölkənin bütün nəzarət - buraxılış məntəqələrində "vahid pəncərə" sistemini tətbiq edib. Əvvəllər sərhəddən keçərkən Dövlət Sərhəd Xidməti, Dövlət Fitonsanitar Nəzarət xidməti, Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyinin Sanitar İdarəsi, eləcə də nəqliyyat və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən yoxlanılan yüklər indi yalnız gömrük baxışından keçirlər. Bu, məntəqələrdə yoxlama dövrünü, yükdən asılı olaraq, iki üç gündən maksimum 20 dəqiqəyədək azaltmağa imkan verib.

Beynəlxalq ticarət prosedurlarının sadələşdirilməsinə zərurət xarici ticari mal axınlarının artması, sürətli çatdırmalar və müasir loqistika zəncirlərinə ələbatın yüksəlməsi, beynəlxalq ticarətin inkişafı, konteyner daşınmalarından geniş istifadə ilə əlaqədar yaranıb.

Kioto Konvensiyasının gömrük prosedurlarının harmonizasiyasına yönəlmiş müddəalarının həyata keçirilməsi ilə əlaqədar, hazırda əksər ölkələrdə (Aİ, Rusiya, Ukrayna və başqaları) prosedurların,  xüsusilə də gömrük xidmətləri tərəfindən praktiki olaraq fasiləsiz yenidən nəzərdən keçirilməsi prosesi müşahidə olunur.

Bununla yanaşı, xarici ölkələrdə "vahid pəncərə" prinsipi üç variantdan birində istifadə olunur.

- Gömrük orqanları idxal/ixrac nəzarətini həyata keçirən digər dövlət idarələrinin bir sıra səlahiyyətlərini alırlar (məsələn ,Hollandiya və İsveçdə).

- İnformasiyanın elektron şəkildə yığılması, emalı, elektron şəkildə maraqlı dövlət idarələrinə göndərilməsini özündə birləşdirən sistem tətbiq olunur (məsələn, ABŞ -da).

- Avtomatlaşdırılmış sistem tətbiq edilir. Xarici iqtisadi fəaliyyətin iştirakçıları  müxtəlif nəzarət orqanları tərəfindən sövdələşməyə icazə almaq üçün, bir sənəddə tərtib edilmiş elektron ticarət bəyannaməsini təqdim edirlər. Bununla yanaşı, dövlət orqanlarının təqdir edilmiş ərizələrə cavabları elektron şəkildə bəyannamə göndərənin kompüterinə göndərilir (məsələn, Sinqapurda).

Xarici ölkələrlə müqayisədə, Azərbaycanın gömrük - buraxılış məntəqələrində "vahid pəncərə" birinci və üçüncü varianta bənzər fərdi prinsip üzrə işləyr; 2009 - cu ildən başlayaraq, bundan sonra xarici iqtisadi fəaliyyət subyektləri Azərbaycanın sərhədində gömrük orqanı vasitəsilə qeydiyyatdan keçirlər. 2008 - ci ildən Azərbaycan ərazisində biznesin başlaması üçün Vergilər Nazirliyi vasitəsilə "vahid pəncərə" prinsipi üzrə qeydiyyatdan keçilir.

Bu gün, BMT - nin Ticarət Prosedurlarının Sadələşdirilməsi və Elektron İşgüzar Əməliyyatlar Mərkəzi, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Ticarət və İnkişaf Şurası, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı, BMT_nin Beynəlxalq Ticarət Hüququ Komissiyası, Beynəlxalq Ticarət Palatası da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar ticarətin sadələşdirilməsi üzrə xüsusi işlrə aparırlar.

Bu təşkilatların izahı ilə ticarət prosedurlarının sadələşdirilməsi anlayışının müəyyən edilməsinə iki əsas yanaşma ayrılır: ticarətə yardımı gömrük qaydalarının sadələşdirilməsinə aparan dar məna və ticarətə yardımın yalnız gömrük prosedurları və texniki tələbləri deyil, həm də dövlətin kommersiya sövdələşmələrinin səmərəli həyata keçirilməsi üçün adekvat siyasi və iqtisadi mühit yaratmasını əhatə edən geniş baxış.

Azərbaycanda "vahid pəncərə" prinsipi xarici ölkələr və təşkilatlarla səmərəli əməkdaşlığın inkişafına kömək edəcək, ən əsası isə respublikanın ÜTT - yə daxil olması barədə danışıqlarda yardım göstərəcək.

Leyla Abdullayeva, Trend -ın analitik mərkəzinin eksperti

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti