...

İran Azərbaycanla viza rejimini ləğv etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir Т.Cəfərov/

"İran Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə viza rejimini ləğv etməyə hazırdır", - cümə axşamı Bakıda Trend -a eksklüziv müsahibəsində İran İslam Respublikasının XİN rəhbəri Mənuçöhr Mottaki bildirib.

"Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Tehrana səfər edib. Səfər zamanı o, ölkələr arasında viza rejiminin götürülməsi məsələsini qaldırıb. Talıbov bunu Azərbaycandan İrana çox sayda insanın zəvvarlıq ziyarətinə yollanması ilə əsaslandırıb. Rəsmi cavabda mən bildirdim ki, biz Azərbaycan və Naxçıvan MR-lə viza rejimini ləğv etməyə hazırıq", - Mottaki deyib.

"İran Türkiyə ilə viza rejimini ləğv edib və iki ölkədən olan minlərlə insan hər il sərhədi rahat keçə bilir", - nazir əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti